Azərbaycan Beynəlxalq Bankının aktivləri 25% artıb

Azərbaycan Beynəlxalq Bankının aktivləri 25% artıb
# 25 oktyabr 2013 10:55 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri son bir ildə 25% artaraq 2013-cü il oktyabrın 1-nə 6,880 mlrd. manata çatıb. Bu barədə «APA-Economics»ə Bankın mətbuat xidmətindən məlumat verilib.


Bankın kredit portfeli illik müqayisədə 35% artaraq 2013-cü il oktyabrın 1-nə 4,863 mlrd. manata çatıb. O cümlədən, fiziki şəxslərə verilmiş kreditlər 540,4 mln. manat təşkil edib.

Hesabat dövründə əhalinin bankdakı əmanətlərinin həcmi 1,526 mlrd. manata bərabər olub ki, bu da 2012-ci il oktyabrın 1-nə nisbətən 35% çoxdur.

Bankın məcmu kapitalı son bir ildə 30,2% artaraq 773,5 mln. manata çatıb. Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının həcmi 368,33 mln. manata çatdırılıb. ABB-nın xalis mənfəəti 2013-cü ilin yanvar-sentyabr ayları üzrə 36,6 mln. manat təşkil edib.


Okyabırın 1-nə ABB-nin 1 977 472 aktiv plastik kartı olub. Hazırda kartların xidməti üzrə şəbəkə 683 bankomat və 4907 POS-terminaldan ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR