TQDK “İnformatika” vəsaiti nəşr edib

TQDK “İnformatika” vəsaiti nəşr edib
# 04 dekabr 2013 09:57 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən “İnformatika” vəsaiti nəşr edilib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “İnformatika” vəsaiti tələbələr, bakalavrlar, doktorantlar, dissertantlar, magistraturaya və vakant iş yerlərinə qəbula hazırlaşanlar üçün tərtib edilib.

İnformatika üzrə magistraturaya qəbul proqramına uyğun hazırlanan bu vəsaitdə bütün mövzuların nəzəri şərhi test tapşırıqları ilə müşayiət olunur. Vəsaiti TQDK-nın qarşısındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR