Ukraynanın Luqansk şəhərində “xalq respublikası” yaradıla bilər - VİDEO

Ukraynanın Luqansk şəhərində “xalq respublikası” yaradıla bilər - <span style="color: red;">VİDEO
# 09 aprel 2014 21:35 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Donbasın "Xalq könüllüləri" adlandıran rusiyameylli dəstəsinin nümayəndəsi Sergey Tsıplakov bəyan edib.

“Yaxın günlərdə Luqanskda xalq respublikasının yaradılması baş tutacaq”, - deyə Tsıplakov bildirib. Onun sözlərinə görə, Donetskdən olan fəallar daima Luqansk ilə əlaqədədirlər.

Xatırladaq ki, aprelin 7-də rusiyameylli nümayişçilər Xarkovda, Donetskdə və Luqanskda bir sıra inzibati binanı ələ keçirmişdilər, Donetsk və Xarkovda “xalq respublikaları” yaradılmışdı.

Aprelin 8-də isə Donbasın vətənpərvər qüvvələri Komitəsi “Donetsk xalq respublikasının” yaradılması haqqında qərarı ləğv etdiyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR