Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır

Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır
# 09 dekabr 2013 09:34 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, cənub-qərb küləyi gün ərzində arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4, gündüz 6-9 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında dekabrın 10-da əsasən yağmursuz hava gözlənilir. Lakin gecə və səhər bəzi yerdə duman olacaq, cənub-şərq rayonlarında isə az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Gündüz əsasən dağlıq ərazilərdə arabir güclənək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, bəzi yerlərdə 10-15 dərəcə, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza əsasən, yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında gözlənilən, dəyişkən və güclü küləkli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR