Nurçular baş nazir Ərdoğana sülh təklif edib - VİDEO

Nurçular baş nazir Ərdoğana sülh təklif edib - <span style="color: red;">VİDEO
# 04 yanvar 2014 15:16 (UTC +04:00)

O, məktubun konkret kimdən gəldiyini açıqlamayıb. Jurnalistlər məktub sahibinin Fətullan Gülən və ya onun yaxın ətrafındakı şəxslərdən biri ola biləcəyini təxmin edir. Məktubda nur (Gülən) icması adından hökumətə sülh və barışıq təklif olunur.

Lakin R. T. Ərdoğan heç kimlə sövdələşməyə getməyəcəyini, hüquq-mühafizə orqanları və məhkəmə sistemindəki nurçuların hamısını sistemdən kənarlaşdıracaqlarını qətiyyətlə vurğulayıb.

Baş nazir “Ergenekon” və “Balyoz” cinayət işləri əsasında məhkum olunmuş şəxslərin yenidən mühakimə olunmasının mümkünlüyünü də söyləyib. Bu barədə müvafiq araşdırma aparılması üçün ədliyyə nazirinə tapşırıq verilib. Əsgər adı çəkilən cinayət işlərinin ibtidai və məhkəmə istintaqında qanunsuzluqlar, hüquq pozuntuları aşkarlanarsa, generallar başda olmaqla, məhkum olunmuş şəxslər yenidən mühakimə olunacaqlar.

R. T. Ərdoğan 17 dekabr 2013-cü ildə gerçəkləşdirilən rüşvət və korrupsiya əməliyyatını hökumətə qarşı qiyam cəhdi kimi qiymətləndirib. O, aparılan rəy sorğularına əsasən Ədalət və İnkişaf Partiyasının (AKP) reytinqinin qətiyyən aşağı düşmədiyini və 30 mart bələdiyyə seçkilərində yenidən parlaq zəfər qazanacaqlarını açıqlayıb.

Xatırladaq ki, Türkiyə hökuməti 17 dekabr əməliyyatında polis, prokurorluq və məhkəmə orqanlarında mövqe tutmuş nurçuları ittiham edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR