Təhsil nazirinin yeni müşaviri təyin edilib

Təhsil nazirinin yeni müşaviri təyin edilib
# 28 aprel 2014 15:27 (UTC +04:00)

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavabda bildirib ki, nazir Mikayıl Cabbarov Samir Əhməd oğlu Vəliyevin təhsil nazirinin müşaviri təyin edilməsi barədə əmr imzalayıb.

Samir Vəliyev 1990-cı ildə Bakı şəhər 39 saylı orta məktəbi qızıl medalla bitirib. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində təhsil alaraq qırmız diplom alıb. 2004-cü ildə 2 il müddətinə ABŞ Corciya Dövlət Universiteti ilə Odlar Yurdu Universitetinin birgə proqramı çərçivəsində Biznesin İdarə Olunması üzrə magistr dərəcəsi alıb.

İREX proqramı çərçivəsində George Vaşinqton Universitetində (ABŞ) tədqiqatçı kimi çalışıb. Hüquq elmləri doktoru, professordur. Odlar Yurdu Universitetində prorektor, “BSB” Tam Orta Innovasiyalar Məktəbinin İcra Ofisinin rəhbəri və Odlar Yurdu Universitetinin I prorektoru, “BSB” Tam Orta Innovasiyalar Məktəbinin İdarə Heyətinin sədri kimi əmək fəaliyyətini davam etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR