Azərbaycanın xarici ticarət saldosu 3% artıb

 Azərbaycanın xarici ticarət saldosu 3% artıb
# 18 fevral 2014 07:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının ümumi həcmi 2,405 mlrd. ABŞ dolları təşkil edib. «APA-Economics»in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, keçən ilin müvafiq dövrünə nisbətən 5,7% azdır.

Belə ki, yanvar ayında idxal əməliyyatları 535,126 mln. dollar olub, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 14,7% azalma deməkdir.

Hesabat dövründə ixrac əməliyyatları 1,870 mlrd. dollar olub ki, bu da 2013-cü ilin yanvar ayı ilə müqayisədə 2,7% azdır.

Ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin yanvar ayında Azərbaycanın xarici ticarət saldosu 3,1% artaraq 1,336 mlrd. dollara çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR