«BP-Azerbaijan» ARDNŞ-ə gündəlik 5,9 mln. kubmetr səmt qazı verir

«BP-Azerbaijan» ARDNŞ-ə gündəlik 5,9 mln. kubmetr səmt qazı verir
# 14 noyabr 2013 08:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində «BP-Azerbaijan» şirkəti «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokundan Azərbaycan Dövlət Neft Şirkətinə gündə təxminən 5,9 mln. kubmetr, ümumilikdə isə 1,62 mlrd. kubmetr səmt qazı verib.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, 2013-cü ilin sonuna AÇG-də səmt qazının məşəldə yandırılması 2,9%-ə çatdırılacaq ki, bu da 2012-ci ilə nisbətən 41 faiz bəndi azalma deməkdir.

Məlumata görə, digər təkmilləşdirmə tədbirləri nəticəsində AÇG-də səmt qazının utilizasiya dərəcəsi 98%-ə çatdırılıb ki, bu da ən yüksək Avropa standartlarına uyğundur. AÇG-nin operatoru olan «BP-Azerbaijan» əməliyyatların təhlükəsizliyini yüksək səviyyədə saxlamaqla səmt qazının məşəldə yandırılmasını minimallaşdırmaq üçün səylərini davam etdirəcək.

Qeyd edək ki, AÇG layihəsində BP (operator-35,8%), ARDNŞ (11,6%), «Chevron» (11,3%), «Inpex» (11%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Itochu» (4,3%), «ONGC Videsh Ltd.» (2,7%) şirkətləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR