AMEA üzvlüyünə seçkilər iyunun 27-də keçiriləcək

AMEA üzvlüyünə seçkilər iyunun 27-də keçiriləcək
# 11 iyun 2014 14:57 (UTC +04:00)

APA-nın xəbərinə görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında müvafiq qərarlar qəbul olunub.

Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Vüqar Babayev Rəyasət Heyəti Mərkəzi Aparatının İnnovasiya şöbəsinin rəisi seçilib. Akademik Vaqif Fərzəliyev Aşqarlar Kimyası İnstitutu, AMEA-nın müxbir üzvü Dilqəm Tağıyev Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, AMEA-nın müxbir üzvü Akif Əzizov Polimer Materialları İnstitutu, kimya üzrə fəlsəfə doktoru Qəhrəman Həsənov isə Mineral Xammalın Kompleks Emalı üzrə Təcrübə İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosunun direktoru vəzifəsinə təyin ediliblər.


Tədbirdə həmçinin AMEA üzvlüyünə seçkilər üzrə ümumi yığıncağın keçirilməsi qərara alınıb. İclasda akademiyanın nizamnaməsinin yeni layihəsi də müzakirə olunub. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli iclas iştirakçılarını nizamnaməyə təklif olunan əlavə və dəyişikliklərlə tanış edib. Nizamnamənin layihəsi bəyənilib və AMEA-nın ümumi yığıncağında müzakirəyə çıxarılacaq.


Rəyasət Heyətinin digər qərarı ilə ümumi yığıncaq bu il iyunun 27-də keçiriləcək. Tədbirin gündəliyində AMEA üzvlüyünə seçkilərin keçirilməsi məsələsi də yer alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR