Bakıda Twininq layihəsinin təqdimatı keçirilib - FOTO - VİDEO

Bakıda Twininq layihəsinin təqdimatı keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 03 aprel 2014 08:24 (UTC +04:00)

APA-Economics”in verdiyi məlumata görə, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib ki, bu layihə Avropa İttifaqı (Aİ) ilə birgə həyata keçirilir.


R. Həsənov deyib ki, Komitə Aİ ilə Twininq və Taiex proqramları çərçivəsində uzun illərdir sıx əməkdaşlıq edir: “Ölkə iqtisadiyyatının gücləndirilməsi və yerli sənayenin rəqabət imkanlarının artırılmasının əsas alətlərindən olan standartlaşdırma və texniki tənzimləmə sahələrinin ölkə rəhbərliyinin diqqət mərkəzindədir”.


Komitə sədri bu sahənin həm qanunvericilik, həm də institusional baxımdan inkişaf etdirilməsi, yeni texniki komitələrin yaradılması çərçivəsində beynəlxalq standartlara uyğunlaşdırılmış yeni milli standartların qəbulu istiqamətində bir sıra islahatların keçirilməsi davam etdirilir.


O qeyd edib ki, layihənin əsas məqsədi standartlaşdırma və texniki tənzimləmə sisteminin daha mükəmməlləşdirilməsidir.


Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard təmsil etdiyi təşkilatla ölkəmiz arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirildiyini deyib. Bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı marağın olduğunu söyləyən M. Mard, texniki tənzimləmə və standartlaşdırma sahələrində Twininq layihəsinin əhəmiyyətindən danışıb: “Bu günə qədər 26 müxtəlif Tvininq layihəsi təsdiq olunub və bunun üçün Aİ Azərbaycana 45 mln. ABŞ dolları ayırıb”.


Diplomat qeyd edib ki, Twininq layihələrinin istifadəsində Azərbaycanla Aİ ilə müxtəlif sahələrdə əməkdaşlıq daha da genişlənəcək.

Daha sonra tədbir mövzu ilə məruzələrlə davam etdirilib. Twininq layihəsinin məqsədi, layihənin icrasına Aİ-nin twininq həmkarlarının yanaşması haqqında Britaniya Standartlar İnstitutunun Beynəlxalq layihələr üzrə direktoru Vladimir Yakubov, Fransa Standartlaşdırma Assosiasiyasının nümayəndəsi Paskal Myenvil çıxış ediblər.


Qeyd edək ki, Aİ və SMPDK-nin birgə icrasına başladıqları Twininq layihəsi Böyük Britaniya, Fransa və Sloveniya konsorsiumu ilə əməkdaşlıq çərçivəsində icra olunacaq. 2 il müddətinə icra olunacaq layihə keyfiyyət infrastrukturu ilə bağlı milli Aİ və ÜTT tələblərinə uyğunlaşdırılması, Azərbaycan üçün spesifik, milli maraqları təmin edən beynəlxalq və Avropa səviyyəsində standartlaşdırma proseslərində iştirakı əlaqələndirəcək SPMDK-nın nəzdində 10 Texniki Komitənin yaradılması və fəaliyyət göstərməsi, standartların informasiya-məlumat bazasının yaradılması və standartların onlayn satışı üzrə müasir sistemin yaradılmasını əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR