Azərbaycan və İran birgə dəmir yolunun inşası layihəsini müzakirə edəcək

Azərbaycan və İran birgə dəmir yolunun inşası layihəsini müzakirə edəcək
# 14 noyabr 2013 07:02 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. İranda Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun inşası layihəsi üzrə müzakirələr keçiriləcək.

Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, dəmir yol layihəsinin müzakirəsi İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində yaradılmış Yüksək səviyyəli İşçi Qrupunun iclası çərçivəsində baş tutacaq.

Qeyd edək ki, sayca ikinci olan iclas noyabrın 17-18-də İranın Rəşt şəhərində keçiriləcək. Müzakirələrdə Azərbaycan Nəqliyyat Nazirliyi də təmsil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR