Telman Zeynalov: “Qlobal istiləşmə ilə bağlı deyilənlərin hamısı cəfəngiyatdır, dünyada belə proses yoxdur” - VİDEO

Telman Zeynalov: “Qlobal istiləşmə ilə bağlı deyilənlərin hamısı cəfəngiyatdır, dünyada belə proses yoxdur” - <span style="color: red;">VİDEO
# 27 may 2014 10:32 (UTC +04:00)

Əslində bütün bunlar böyük dövlətlərin bir oyunudur». Bu sözləri APA TV-də yayımlanan "Sosium" verilişində Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov deyib.

Alim bildirib ki, dünyada baş verən təbii fəlakətlər də təbii baş vermir: "Bunlar hamısı insan müdaxiləsinin nəticəsidir. Təbii fəlakətlərin çox süni şəkildə yaradılır. Bütün bunların arxasında ölkələrin iqtisadi gücünü azaltmaq, onları zəiflətmək və müxtəlif proqramlar çərçivəsində kütləvi vəsaitlər toplamaq durur. Qlobal istiləşmə və yaxın gələcəkdə dünyada quraqlıq, susuzluq hökm sürəcək kimi məlumatlar qəsdən mətbuata sızdırılır ki, insanları təsir altında saxlasınlar".

Greenpeace təşkilatının üzvü olan Telman Zeynalovun dəfələrlə beynəlxalq konfranslarda bu məsələni qaldırdığını deyib: “Dəfələrlə söyləmişəm ki, bu cəfəngiyatı yığışdırsınlar. Mənimlə həmfikir bir çox alimlər var. Amma hər kəs öz ölkəsinin mənafeni qorumaq üçün çox dərinə getmir. Deyirlər ki, guya 35 ildən sonra planetdə 2 milyard əhali susuz qalacaq. Bir həftə sonranın proqnozunu düz əməlli verə bilməyən bu alimlər necə ola bilər ki, 2050-ci ilin proqnozunu versinlər. Aydın məsələdir ki, bu bir oyundur, yalandır".

Alimin fikrincə, bu gün dünya əhalisinin sayını azaltmaq üçün süni daşqınlar, sel fəlakətləri, zəlzələlər yaradılır: "1976-cı ilə səmaya 300 min alüminium iynə atıblar. Bu iynələrin yer sətinə düşdüyü yerdə nə isə bir şeylər qaynayır, bir faciə yaranır. Bütün bunlar hesablanmış şeylərdir. Digər tərəfdən deyirlər ki, şimalda buzlar əriyir və bu dünyanın su altında qalmasına səbəb olacaq. Yalandır, şayiədir. Şimalda buzlar müəyyən müddət ərzində əriyir, sonra yenidən bərpa olunur. Bu neçə yüz ildən bir yer planetində baş verən təbii proseslərin nəticəsidir".

Alimin daha bir maraqlı bəyanatı BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyası olan "Kioto protokolu" ilə bağlı olub: "Kioto protokolu elmi cəhətdən əsaslanmayıb. Bir sıra dəlillər ortaya çıxıb ki, bu, Amerikanın dövlət sifarişi olub. Bunu hazırlayan adam Amerika prezidenti olmaq istəyirdi. Sonradan proqramın dünya ölkələrinə təsir imkanlarını gördülər və davam etdirdirlər. Proqramda hətta temperaturun artması qlobal istiləşmə kimi təqdim edilir. Amma temperaturun artması qlobal istiləşmə deyil. Ağac əkməklə, süni buludlarla guya bunun qarşısını almağa çalışırlar. Bir daha deyirəm, bütün bunlar cəfəngiyatdan başqa bir şey deyil".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR