Tovuzda köşk yanıb

Tovuzda köşk yanıb
# 23 noyabr 2013 23:28 (UTC +04:00)

Bakı-APA. Tovuz rayonunda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Yanıqlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 8 kv.m olan dəmir konstruksiyalı köşkündə baş verib. Nəticədə köşkün taxta üzlüyü yanıb. Yaxınlıqdakı elektrik dirəyi yanğından mühafizə olunub. Yanğın saat 23:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR