Daşkəsəndə yük maşını dərəyə yuvarlanıb, sürücü ölüb

Daşkəsəndə yük maşını dərəyə yuvarlanıb, sürücü ölüb
# 12 may 2014 13:29 (UTC +04:00)

Daşkəsən Rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Xoşbulaq kəndinin ərazisində baş verib.

Təzəkənd kənd sakini Məhərrəm İmamverdiyev “KamAZ” markalı avtomobillə hərəkətdə olarkən idarə etməni itirib və yük maşını dərəyə yuvarlanıb.

Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR