Seyran Ohanyan: “Ermənistan ordusu Dağlıq Qarabağın təhlükəsizliyinin təminatçısıdır”

Seyran Ohanyan: “Ermənistan ordusu Dağlıq Qarabağın təhlükəsizliyinin təminatçısıdır”
# 27 noyabr 2013 12:45 (UTC +04:00)

APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bu bəyanatı Ermənistanın müdafiə naziri Seyran Ohanyan Azərbaycanla sərhəddə keçirdiyi mətbuat konfransında verib.

Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsinin mümkünlüyü haqda suala cavabında S. Ohanyan xatırladıb ki, sərhədlərdə erməni döyüşçüləri dayanıb: “Bizim sülhməramlılarımız müxtəlif ölkələrdə özlərini çox gözəl göstəriblər. Sərhədlərdə dislokasiya olunmuş erməni sülhməramlıları onlara verilən tapşırıqları əla yerinə yetirir”.

S. Ohanyan qeyd edib ki, Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağın təhlükəsizliyinin təminatçısıdır: “Bu, hərbi doktrinada göstərilib. Bu, o deməkdir ki, biz Dağlıq Qarabağın müdafiə ordusu ilə birlikdə bütün vəzifələri yerinə yetirəcəyik”.

Ermənistana qarşı təcavüz halında Rusiyanın 102-ci bazasının münaqişəyə cəlb olunmasına gəlincə, nazir bildirib ki, bütün öhdəliklər ikitərəfli sazişlər və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsində əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR