Azərbaycan prezidenti Gilan yem emalı zavodunun açılışında iştirak edib - FOTO

Azərbaycan prezidenti Gilan yem emalı zavodunun açılışında iştirak edib - <span style="color: red;">FOTO
# 01 may 2014 14:13 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, regionda iri layihələrdən olan bu müəssisə Ağdaş rayonunun Binələr kəndi ərazisində 8 hektar ərazidə tikilib. Zavod quşçuluq və maldarlıq təsərrüfatları üçün yem istehsalı və digər köməkçi sahələrdən ibarətdir.

Prezident İlham Əliyev müəssisədə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, zavod özündə 2 fabriki birləşdirir.

Dövlət başçısı müəssisəni işə salıb.

Bildirilib ki, quşçuluq və maldarlıq təsərrüfatları üçün yem istehsalı sahəsi tanınmış xarici şirkətlərin texnologiyası və avadanlığı əsasında qurulub.

Azərbaycan Prezidenti istehsal prosesini izləyib, müəssisənin hazır məhsullarına baxıb.

Məlumat verilib ki, birinci fabrikin istehsal gücü saatda 15 ton preslənmiş yem və 20 ton açıq yemdir. İkinci fabrikdə isə saatda 45 ton preslənmiş yem, açıq halda da 55 ton məhsul istehsal etmək mümkündür. Birnövbəli iş rejimində zavodda, ümumilikdə, 210 min ton yem istehsal olunacaq.

Qeyd edilib ki, MDB məkanında və Avropa ölkələrinin əksəriyyətində bu gücə malik belə zavod fəaliyyət göstərmir. Burada xammal kimi əsasən yerli məhsullardan istifadə olunur. Bunun üçün isə Samux, Beyləqan, Biləsuvar və Qəbələdə taxıl, arpa, qarğıdalı və günəbaxan sahələri yaradılıb. Zavodun əhəmiyyətini artıran mühüm amillərdən biri də ondan ibarətdir ki, respublika üzrə un istehsal edən fabriklərdən qida üçün yaramayan xammal alınaraq burada toyuq və mal yemi kimi hazırlanacaq.

Layihənin icrası nəticəsində 105 yeni iş yeri yaradılıb.

Prezident İ. Əliyev görülən işlərdən razılığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR