İrandan Gürcüstana narkotik maddə aparan qadın Gəncədə saxlanılıb

İrandan Gürcüstana narkotik maddə aparan qadın Gəncədə saxlanılıb
# 10 iyun 2013 18:47 (UTC +04:00)

Gəncə. Azər Məmmədli- APA. Gəncə şəhər sakini, Esmira Qocayeva narkotik vasitə ilə saxlanılıb. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, aparılan əməliyyat tədbirləri nəticəsində, 1964-cü il təvəllüdlü Esmira Qocayeva Gəncə şəhərində saxlanılıb. Hüquq mühafizə orqanları əməkdaşları onun üzərinə baxış keçirən zaman 100 qram narkotik vasitə olan heroin aşkar ediblər. Qurumdan bildiriblər ki, qadın narkotik vasitəni İrandan Bakıya, oradan isə Gəncəyə gətirib. E. Qocayeva heroini Gürcüstana keçirmək niyyətində olub.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsindən bildiriblər ki, Esmira Qocayeva ailəlikcə narkotik vasitə alqı-satqısı ilə məşğul olur. Narkotik vasitələrin qanunsuz alqı-satqısına görə onun həyat yoldaşı 12 il, oğlu isə 6 il həbs cəzası alıb.

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR