Almaniyanın Frayburq şəhərində naməlum şəxs 12 nəfəri girov götürüb

Almaniyanın Frayburq şəhərində naməlum şəxs 12 nəfəri girov götürüb
# 25 oktyabr 2013 02:57 (UTC +04:00)

Bakı-APA. Almaniyanın Frayburq şəhərində naməlum şəxs 12 nəfəri girov götürüb. APA-nın “Qazeta.ru”ya istinadən verdiyi xəbərə görə, insident şəhərin sənaye hissəsində yerləşən kafedə baş verib.

Məlumata görə, insanları girov götürən şəxs silahlıdır, onda parlayıcı qurğu olduğu bildirilir.

Cinayətkarın 36 yaşlı kürd əsilli şəhər sakini olduğu ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR