Səsvermənin gedişini veb-kameralardan izləmək mümkündür

Səsvermənin gedişini veb-kameralardan izləmək mümkündür
# 09 oktyabr 2013 05:43 (UTC +04:00)

Bakı - APA. Prezident seçkilərində səsvermənin gedişini veb-kameralar vasitəsilə də izləmək mümkün olacaq. APA TV-nin xəbərinə görə, bu məqsədlə ölkə üzrə 119 seçki dairəsinin 1000 seçki məntəqəsində veb-kameralar yerlləşdirilib. Ən çox veb-kamera isə 113 saylı Şəki şəhər və 48 saylı Yevlax seçki dairələrinin ərazisində quraşdırılıb. Bu seçki dairələrinin hər birində 15 məntəqə veb-kamera ilə təchiz olunub. İşğal altında olan rayonları əhatə edən 120 saylı Cəbrayıl-Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd, 125 saylı Zəngilan-Qubadlı seçki dairələri üzrə veb-kameraların quraşdırılması nəzərdə tutulmayıb. Qeyd edək ki, seçki məntəqələrində səsvermənin gedişini veb-kameralar vasitəsilə izləmək praktikası Azərbaycanda ilk dəfə 2008-ci il prezident seçkilərində tətbiq olunub. Son beş ildə seçki məntəqələrində quraşdırılan veb-kameraların sayı iki dəfə artırılıb. Səsvermə günü istənilən internet istifadəçisi MSK-nın rəsmi saytına daxil olaraq bu kameraların quraşdırıldığı məntəqələrdə səsvermənin gedişini canlı izləyə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR