Əsgərlər aksiyaçıların Ukrayna Nazirlər Kabineti qarşısında qurduğu çadır şəhərciyini sökməyə başlayıblar

Əsgərlər aksiyaçıların Ukrayna Nazirlər Kabineti qarşısında qurduğu çadır şəhərciyini sökməyə başlayıblar
# 09 dekabr 2013 16:53 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyaçıların düşərgəsini əhatəyə alıb, aksiyaçılar müqavimət göstərmirlər.

Onlar sadəcə, milisləri “cinayətkar əmrləri yerinə yetirməməyə” və aksiyaçıları döyməməyə çağırırlar. Aksiyaçılar arasında siyasi partiyaların nümayəndələri də var.

Qeyd edək ki, bundan əvvəl Azadlıq Partiyasının lideri Oleq Tyaqnibok milislərin Qruşevçk, İnstitusk və Lyuteransk küçələrində aksiyaçıları sıxışdırdığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR