Azərbaycanda əhalinin qaz pulu borcu 12% azalıb

 Azərbaycanda əhalinin qaz pulu borcu 12% azalıb
# 17 oktyabr 2013 15:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi tərəfindən əhali kateqoriyasından olan abonentlərə 1,464 mlrd. kubmetr həcmində təbii qaz satılıb, qarşılığında 3,96% artıq həcmində vəsait toplanıb.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, sentyabr ayı üzrə satılmış 69,908 mln. kubmetr təbii qazın qarşılığında toplanmış vəsaitin həcmi 21,08% artıq olub. Bu, 2012-2013-cü illərin payız-qış mövsümündə tələbatın artması ilə əlaqədar əhaliyə satılmış qaz həcmlərinin dəyərinin abonentlər tərəfindən yaz-yay mövsümündə ödənilməsi ilə əlaqədar olub. Nəticədə, bu ilin sentyabr ayı ərzində debitor borc 3% azalıb. Ümumilikdə isə, yanvarın 1-dən debitor borc 12,4% azalıb.

Qeyd edək ki, bu ilin oktyabrın 1-i vəziyyətinə, əhali sektoru üzrə 106 812 məcburi köçkün ailəsi fasiləsiz olaraq təbii qazla təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR