MDB müşahidə missiyasının rəhbəri MSK sədri ilə görüşüb

MDB müşahidə missiyasının rəhbəri MSK sədri ilə görüşüb
# 07 oktyabr 2013 13:16 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. MDB-nin Azərbaycandakı seçkilər üzrə müşahidə missiyasının rəhbəri Sergey Lebedev Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.


Müstəqil Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, MSK sədri müşahidəçilik institutunun seçkilərin şəffaflığı baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib, missiyanın üzvlərini Azərbaycanda görməkdən məmnun olduğunu söyləyib.

S. Lebedev deyib ki, seçkiqabağı vəziyyəti izləmək üçün MDB müşahidə missiyasının bir qrupu sentyabrın 10-dan Azərbaycandadır. Müşahidəçilər Bakı ilə yanaşı, respublikanın regionlarında da olub, bir sıra görüşlər keçirib, seçkiqabağı vəziyyəti öyrəniblər. Missiyanın digər üzvləri də regionlara səfər edəcək, səsvermə günü məntəqələrdə müşahidə aparacaqlar. O bildirib ki, Azərbaycanın hərtərəfli inkişafı bu seçkilərin də demokratik, azad, şəffaf və ədalətli keçirilməsinə zəmin yaradıb.

Qonaqlara oktyabrın 9-da keçiriləcək prezident seçkilərinin hazırlanıb keçirilməsi ilə bağlı görülmüş işlər barədə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR