Azərbaycanda sənayedə çalışan muzdlu işçilərin əmək haqqı 8% artıb

Azərbaycanda sənayedə çalışan muzdlu işçilərin əmək haqqı 8% artıb
# 29 yanvar 2014 07:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanın sənaye sahələrində çalışan muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,1% artaraq 182,8 min nəfər təşkil edib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, onların orta aylıq əmək haqqı 8,0% yüksələrək 645,7 manat olub.

İşçilərin 37,6 min nəfəri mədənçıxarma, 91,4 min nəfəri emal, 30,1 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 23,7 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində cəmləşib.

Əmək haqlarının daha çox artımı emal bölməsində elektrik avadanlıqlarının, dəri və dəri məmulatlarının, sair nəqliyyat vasitələrinin, geyim, qida məhsullarının, içki, kağız və karton, ağac emalı və ağacdan məmulatların, tikinti materiallarının, mebel, neft məhsullarının, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının, metallurgiya, rezin və plastmas məmulatların istehsalı müəssisələrində müşahidə olunub. Qeyri-dövlət bölməsində işçilərin orta aylıq əmək haqqı 8,0% artaraq 749,6 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR