Azərbaycanla Türkmənistan əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycanla Türkmənistan əməkdaşlığın genişləndirilməsini müzakirə edib
# 02 may 2014 14:36 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekovu qəbul edib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Daha sonra iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu qeyd edilib, bu sahədə qarılıqlı səfərlərin, iş adamları arasında biznes forumların təşkil edilməsinin, sərgilərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin, iki ölkə arasındakı ticarət əlaqələrinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR