Sumqayıtda qidadan kütləvi zəhərlənmə olub

Sumqayıtda qidadan kütləvi zəhərlənmə olub
# 28 iyun 2014 10:05 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Sumqayıtda 6 nəfər qidadan zəhərlənib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyunun 27-də Sumqayıt şəhərindəki “Simurq” şadlıq evində şəhər sakinləri Elbrus Nuriyev, arvadı Yeganə, oğlu Amil, qızı Rəfiqə, qardaşı Rəşad və onun arvadı Samirə qidadan zəhərləniblər.

Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR