Paytaxtda "VAZ" markalı minik avtomobili yanıb

Paytaxtda "VAZ" markalı minik avtomobili yanıb
# 05 yanvar 2014 04:27 (UTC +04:00)

Bakı-APA. Bakıda bu gecə daha bir yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Yasamal rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 03:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR