Bakıda dəmir yolu xəttinin yaxınlığında qaz sızmasından yanğın baş verib - FOTOSESSİYA

Bakıda dəmir yolu xəttinin yaxınlığında qaz sızmasından yanğın baş verib - <span style="color: red;">FOTOSESSİYA
# 20 may 2013 12:21 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakının Xətai rayonunda, Babək prospektindən keçən dəmir yolu xəttinin yaxınlığında yanğın olub. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın ağaclıq ərazidə 100 kvadrat metr sahəni əhatə edib.

Yanğın əraziyə cəlb edilən yanğınsöndürənlər tərəfindən söndürülüb. Dəmir yolu xəttinin elektrik naqilləri yanğından mühafizə olunub.

Yanğına ərazidən keçən təbii qaz xəttində yaranan qaz sızmasının səbəb olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR