Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətinə yeni tövsiyələrini açıqlayıb - FOTO

Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətinə yeni tövsiyələrini açıqlayıb - <span style="color: red;">FOTO
# 15 noyabr 2013 14:01 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bunu noyabrın 8-15-də Azərbaycanda səfərdə olmuş Beynəlxalq Valyuta Fondunun (BVF) ölkə üzrə missiyasının rəhbəri Raca Almarzoqi səfərin yekunları ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında bəyan edib.

R.Almarzoqinin sözlərinə görə, bu və gələn il Azərbaycanda iqtisadi artım 5%, inflyasiya isə bu il 3%-dən aşağı, gələn il isə 3% səviyyəsində proqnozlaşdırır: «Gələn ilin büdcə layihəsi büdcənin konsolidasiyasına başlanmasına dair alqışlanan siqnal göndərir. Qeyri-neft büdcə kəsirində planlaşdırılan azalma fiskal mövqeni davamlı səviyyəyə tərəf yönəldəcək və özəl sektorun fəaliyyəti üçün yer açacaq. Missiya rəsmi orqanlara dövlətin büdcədənkənar fəaliyyəti ilə əlaqədar artan fiskal riskləri idarə edilməsini tövsiyə edir, habelə dövlət xərclərinin səmərəliliyinin artırılması və pensiya sistemində islahatların aparılması istiqamətində göstərilən səyləri dəstəkləyir».

R.Almarzoqinin fikrincə, Azərbaycan Mərkəzi Bankı istehlak kreditlərinin yüksək artım tempi ilə əlaqədar gördüyü tədbirləri davam etdirməlidir. Yaxın müddətli prioritetlərə bank aktivlərinin təsnifatı və təminatı qaydalarının gücləndirilməsi və yeni makro-prudensial tədbirlərin görülməsi daxildir.

R.Almarzoqi bəyan edib ki, biznes mühitinin yaxşılaşdırılması yeni bazarlara çıxmağa kömək edəcək və bunun üçün ÜTT-yə üzvolma prosesinin yekunlaşdırılması, rəqabətdə baryerlərin yüngülləşdirilməsi və bütövlükdə idarəetmənin təkmilləşdirilməsi istiqamətində iş aparılmalıdır. Həmçinin bildirilib ki, missiya sahibkarlıq sahəsində yoxlamalarla əlaqədar yeni qanunuN qəbul edilməsini alqışlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR