ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqayın Azərbaycanda diplomatik missiyası başa çatır

ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqayın Azərbaycanda diplomatik missiyası başa çatır
# 16 dekabr 2013 10:34 (UTC +04:00)

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Mədət Quliyev ATƏT-in Bakı Ofisi ilə əməkdaşlığın Penitensiar xidmət rəhbərliyinin daim diqqət mərkəzində və marağında olduğunu bildirib. Nazir müavini qonağa Penitensiar xidmətin fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində davam etdirilən işlər barəsində məlumat verib.

Qeyd olunub ki, ATƏT tərəfindən həyata keçirilən başçəkmələr və monitorinqlərin nəticələrinin, eləcə də xidmət əməkdaşları üçün təşkil olunan treninq-seminarların Penitensiar xidmətin fəaliyyətinin səmərəliliyinin artırılmasında müsbət rolu vardır. ATƏT-in Bakı Ofisinin diplomatik missiyasını başa vurmuş rəhbəri Koray Tarqay qəbula görə minnətdarlığını bildirərək, penitensiar müəssisələrlə bağlı komitənin fəaliyyəti üçün Penitensiar xidmət rəhbərliyinin yaratdığı şəraitə görə minnətdarlığını və Azərbaycandakı fəaliyyətindən məmnun qaldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR