Xarici işlər nazirinin müavini: “Rusiya-ABŞ münasibətlərində durğunluq hökm sürür”

 Xarici işlər nazirinin müavini: “Rusiya-ABŞ münasibətlərində durğunluq hökm sürür”
# 25 dekabr 2013 13:38 (UTC +04:00)

Bakı - APA. Rusiya və ABŞ münasibətləri dinamikliyin və bir sıra mühüm məsələ üzrə irəliləyişin olmaması ilə xarakterizə olunur.

APA-nın məlumatına görə, bunu “Rusiyanın Səsi” radiostansiyasına müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Təəssüf ki, münasibətlərdə arzuladığımız irəliləyiş müşahidə edilmir. O cümlədən, raket hücumundan müdafiə, silahlara nəzarətlə bağlı mövzularda da münasibətlərimiz ürəkaçan deyil”, - deyə S. Ryabkov bildirib.

Yüksək rütbəli rusiyalı diplomat iki ölkə arasında qənaətbəxş məqamların olduğunu da qeyd edib. O buna misal olaraq, bəzi regional məsələlərdə, o cümlədən Suriya və İran böhranları ilə bağlı ABŞ-la qarşılıqlı əməkdaşlıqda əldə olunmuş uğurları qeyd edib.

“Buna baxmayaraq, mən ümumi vəziyyəti müsbət qiymətləndirmirəm. Bir sözlə ifadə etsək, münasibətlərimizdə durğunluq hökm sürür, - S. Ryabkov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR