Azərbaycan Beynəlxalq Mülki Müdafiə Təşkilatı İcraiyyə Şurasına üzv seçilib

Azərbaycan Beynəlxalq Mülki Müdafiə Təşkilatı İcraiyyə Şurasına üzv seçilib
# 28 aprel 2014 11:50 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev aprelin 24-25-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilmiş Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş Məclisinin 21-ci sessiyasında iştirak edib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, tədbirdə BMMT-yə üzv olan 41 ölkə və müşahidəçi statusuna malik 6 ölkədən nümayəndələr iştirak edib.

Sessiyada çıxış edən E. Mirzəyev Azərbaycan Respublikasında fövqəladə halların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması və mülki müdafiə sahəsində görülən işlər barədə məlumat verib.

Tədbir çərçivəsində Azərbaycan Respublikası BMMT-nin İcraiyyə Şurasına üzv seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR