Belçikada təyyarə qəzası nəticəsində 11 nəfər ölüb

Belçikada təyyarə qəzası nəticəsində 11 nəfər ölüb
# 20 oktyabr 2013 01:57 (UTC +04:00)

Bakı-APA. Belçikanın Namur vilayətində göyərtəsində paraşütçülərin olduğu təyyarə qəzaya uğrayıb. APA-nın “Qazeta.ru”ya istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 11 nəfər ölüb.

Kiçik mühərrikli təyyarə Templu aerodromundan havaya qalxıb. Paraşütçülər Fernemyont yaşayış məntəqəsinin yaxınlığında yerə enməyə planlaşdırıblarmış. Təyyarə havaya qalxdıqdan az sonra yerə çırpılıb. Qəzanın səbəbləri açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR