Gəncə sakini intihara cəhd edib

Gəncə sakini intihara cəhd edib
# 24 oktyabr 2013 11:01 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhər sakini sirkə turşusu içərək intihar etmək istəyib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə şəhər sakini, 26 yaşlı Sarvanə Məmmədova ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində qadını xilas etmək mümkün olub.

Hazırda onun səhhətinin normal olduğu bildirilir.

Polis əməkdaşlarının araşdırması zamanı S. Məmmədova bildirib ki, yaşadığı evdə azyaşlı uşaqlarına əsəbiləşərək sirkə turşusu içib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR