Əfqanıstanda 5 nəfər partlayışın qurbanı olub, 17-dən çox insan yaralanıb

Əfqanıstanda 5 nəfər partlayışın qurbanı olub, 17-dən çox insan yaralanıb
# 02 yanvar 2014 22:53 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanın cənubunda baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb, 17-dən çox insan yaralanıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Əfqanıstan DİN-in açıqlamasına əsasən, terror aktı paytaxt Kabilin cənubundakı Loqar vilayətində yerləşən bazarda baş verib.

Ölənlərin əksəriyyəti mülki şəxslərdir, onların arasında bir qadının da olduğu bildirilir.

İnsidentin təfərrüatları və xəsarət alanların sayı dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR