“Bakı Sığorta”nın səhmdarlarının növbədənkənar iclası keçiriləcək

“Bakı Sığorta”nın səhmdarlarının növbədənkənar iclası keçiriləcək
# 25 aprel 2014 13:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Mayın 26-da “Bakı Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağının növbədənkənar iclası keçiriləcək.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, iclasda emissiya nəticələrinə görə “Bakı Sığorta” ASC-nin nizamnamə kapitalının artırılması məsələsi müzakirə olunacaq. Bundan başqa, müzakirə olunacaq məsələlər arasında nizamnamə kapitalının artırılması ilə bağlı dəyişikliklərin Vergilər Nazirliyində qeydiyyata alınması, “Bakı Sığorta” ASC-nin nizamnaməsinə uyğun şəkildə dəyişikliklərin edilməsi və bunlarla bağlı səlahiyyət verilən şəxsin müəyyən edilməsi də var.

İclasda “Bakı Sığorta” ASC-nin 2011-2012-ci illər üzrə bölüşdürülməmiş mənfəətinə dair hesabatı da nəzərdən keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR