Venesuelada hökumət əleyhinə nümayişlər zamanı 3 nəfər ölüb

Venesuelada hökumət əleyhinə nümayişlər zamanı 3 nəfər ölüb
# 13 fevral 2014 09:15 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Venesuelada hökumət əleyhinə nümayişlər keçirilib.

APA-nın “Euronews”a istinadən verdiyi məlumata görə, nümayişçilərlə polis arasında qarşıdurma nəticəsində ən azı 3 nəfər həlak olub.

Etirazçılar bildiriblər ki, həmin şəxsləri hüquq-mühafizə orqanlarının əməkdaşları öldürüblər.

Aksiya iştirakçıları prezident Nikolas Maduronun ölkədə inflyasiya ilə bacara bilməməsindən, cinayətkar qruplaşmalarla mübarizədə uğursuzluğundan gileylənirlər.

Öz növbəsində hökumət təmsilçiləri bildiriblər ki, etiraz aksiyasını müxalifət təşkil edib. Ölkə rəhbərliyi iddia edir ki, müxalifət çevriliş etmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR