Gəncədə baş verən yol qəzasında 4 nəfər xəsarət alıb - FOTO - VİDEO

Gəncədə baş verən yol qəzasında 4 nəfər xəsarət alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 14 may 2014 11:53 (UTC +04:00)

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün günorta saatlarında şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. Yolla hərəkətdə olan "Qazel" markalı su daşıyan yük maşın “Niva” markalı avtomobillə toqquşub. İdarəetməni itirən yük maşını daha sonra yol kənarında dayanan “VAZ-2106” markalı avtomobilə, sonra isə ağaca çırpılıb.

Baş vermiş avtoqəzada 4 nəfər, 27 yaşlı Mətləb Abbasov, 26 yaşlı Hafiz Rəhimov, 32 yaşlı İlqar Həsənov və onun qardaşı 27 yaşlı İntiqam müxtəlif xəsarətlər alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, onların vəziyyətləri orta-ağırdır.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR