Şirvanda avtomobillə piyadanı vuran sürücü hadisə yerindən qaçıb - VİDEO

Şirvanda avtomobillə piyadanı vuran sürücü hadisə yerindən qaçıb - <span style="color: red;">VİDEO
# 18 dekabr 2013 07:10 (UTC +04:00)

Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, dekabrın 17-də axşam saatlarında Şirvan-Salyan avtomagistralının Çılpaqlı qəsəbəsindən keçən hissəsində, naməlum avtomobil yolu keçən Şirvan sakini, 1962-ci il təvəllüdlü Cəfərova Fazilə Sarxan qızını vurub. Piyada xəsarətlə Şirvan şəhər Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Hadisə yerindən qaçan, kimliyi məlum olmayan sürücünün və avtomobilin axtarışları davam etdirilir.

Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR