ATƏT-in müşahidə missiyasının üzvləri Gəncədə olublar - VİDEO

ATƏT-in müşahidə missiyasının üzvləri Gəncədə olublar - <span style="color: red;">VİDEO
# 20 sentyabr 2013 10:57 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbəri Tane de Zulueta və qurumun müşahidəçiləri Gəncədə səfərdə olublar. APA-nın qərb bürosunun xəbərinə görə, qonaqlar Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüblər.

Tane de Zulueta bildirib ki, onlar Azərbaycan hökumətinin dəvəti əsasında avqustun 28-də ölkəyə gəliblər və oktyabrın 10-na qədər ölkədə qalıb seçki prosesini izləyəcəklər. Məlumat verilib ki, ATƏT-in uzunmüddətli müşahidəçiləri 15 komanda şəklində Azərbaycanın 14 müxtəlif bölgəsində yerləşdirilib. Bundan başqa, missiya rəhbəri qeyd edib ki, seçki günü ATƏT-in xətti ilə müxtəlif ölkələrdən Azərbaycana 200 qısamüddətli müşahidəçi gələcək, həmçinin Azərbaycanda olan diplomatik missiyaların nümayəndələri də prezident seçkilərini izləyəcək.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqlara bildirib ki, Azərbaycan demokratik ölkədir və burada seçkilər şəffaf və ədalətli keçirilir. E. Vəliyev qeyd edib ki, Gəncədə seçkilərin yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılıb, şəhərin 4 dairə seçki komissiyası və 124 seçki məntəqəsinin binaları təmir edilərək səsverməyə hazır vəziyyətə gətirilib.

ATƏT-in nümayəndələri daha sonra siyasi partiyaların Gəncə şəhər təşkilatlarının nümayəndələri ilə görüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR