Şirvanda ər arvadını qətlə yetirib, sonra isə intihar etmək istəyib - VİDEO

Şirvanda ər arvadını qətlə yetirib, sonra isə intihar etmək istəyib - <span style="color: red;">VİDEO
# 13 aprel 2014 11:52 (UTC +04:00)

Şirvan Şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə aprelin 13-ü səhər saatlarında Şirvan şəhəri Neftçilər küçəsi ev 27-də baş verib.

Həmin evdə yaşayan 1967-ci il təvəllüdlü Cavidi Mübariz Sadiq oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1972-ci il təvəllüdlü Cavidi Xoşbəxt Firudin qızını bıçaqla qətlə yetirib. Mübariz Cavidi qətli törətdikdən sonra özünə qəsd etmək məqsədi ilə çoxlu miqdarda dərman həbi qəbul edib.

O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti orta ağır qiymətləndirilir. Qətlin səbəbləri istintaq orqanları tərəfindən araşdırılır.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR