Türkiyənin məşhur simfonik orkestri Heydər Əliyev Mərkəzində çıxış edəcək

Türkiyənin məşhur simfonik orkestri Heydər Əliyev Mərkəzində çıxış edəcək
# 13 yanvar 2014 16:20 (UTC +04:00)

Mərkəzdən APA-ya verilən məlumata görə, orkestrin bədii rəhbəri İşın Metinin dirijorluğu ilə keçəcək konsert proqramında skripkada Azərbaycanın əməkdar artisti Toğrul Qəniyev çıxış edəcək.

“YUNİSEF Türkiyə”nin xoşməramlı səfiri olan Bilkənt Simfonik Orkestrinin Bakı konsertində tamaşaçılara Türkiyə, Almaniya və Rusiya bəstəkarları Ülvi Cemal Erkin, Feliks Mendelson və Sergey Raxmaninovun əsərləri təqdim olunacaq.

Qeyd edək ki, ölkələr arasında musiqi körpüsü yaratmaq orkestrin təməl prinsiplərindən biridir. Kollektiv bu məqsədlə İtaliya, San-Marino, İsveçrədə keçirilən bir çox beynəlxalq festivallarda çıxış edib, Almaniya, Portuqaliya, Belçika və Yaponiyada konsertlər verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR