Təhsil Nazirliyi tərəfindən kollec ərazisinin qanunsuz zəbt olunmasının qarşısı alınıb

Təhsil Nazirliyi tərəfindən kollec ərazisinin qanunsuz zəbt olunmasının qarşısı alınıb
# 31 mart 2014 12:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Martın 26-da Bakı Humanitar Kollecinə məxsus torpaq sahəsinin qanunsuz zəbt olunaraq, 150 kvadrat metr ərazidə naməlum şəxslər tərəfindən tikinti işləri aparılması barədə Təhsil Nazirliyinə operativ məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, kollec əməkdaşları tərəfindən qanunsuz tikinti işləri aparan şəxslərə etiraz edilsə də, onların qanuna zidd əməllərinin qarşısını almaq mümkün olmayıb. Məsələyə müvafiq icra hakimiyyəti orqanlarının müdaxiləsindən sonra özbaşına tikili sökülərək ərazi kollecin ixtiyarına qaytarılıb.

Təlim-tərbiyə müəssisələrinin ərazilərinin zəbt olunmasına cəhd edən vətəndaşlar birmənalı şəkildə qəbul etməlidir ki, bu cür qeyri-sağlam tendensiya təhsilalanların Konstitusiya hüquqlarının pozulmasına səbəb olur. Bundan sonra da təhsil müəssisələrinin ərazilərinin zəbt olunması hallarına qarşı Azərbaycan qanunvericiliyi çərçivəsində ciddi mübarizə tədbirləri davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR