AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi: Zəlzələnin gücü episentrdə 6 bala yaxın olub - YENİLƏNİB 1 - VİDEO

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi: Zəlzələnin gücü episentrdə 6 bala yaxın olub - <span style="color: red;">YENİLƏNİB 1  - <span style="color: red;">VİDEO
# 10 fevral 2014 13:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün saat 16:06-da Saatlıdan 41 km şimal-şərqdə Hacıqabul ərazisində baş verən zəlzələnin gücü episentrdə 6 bala yaxın olub.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, yeraltı təkanlar respublika ərazisində 5-3 bala qədər hiss edilib.

İnsan itkisi və tikililərdə dağıntı yoxdur.

***

saat 16.18

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan ərazisində zəlzələ olub.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ fevralın 10-da saat 16:06-da Saatlıdan 41 km şimal-şərqdə - Hacıqabul ərazisində qeydə alınıb.

30 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 5.80 olub.

Qeyd edək ki, yeraltı təkanlar paytaxt Bakıda və ölkənin digər ərazilərində hiss olunub.

Tikintilərdə dağıntı və itki barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR