«AXA-Mbask» veb-saytında yeni xidmətin tətbiqinə başlayıb

«AXA-Mbask» veb-saytında yeni xidmətin tətbiqinə başlayıb
# 05 noyabr 2013 06:58 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. «AXA-Mbask» sığorta şirkəti korporativ veb-saytında yeni xidmət tətbiq edib başlayıb.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «AXA-Mbask» saytında əsas sığorta növləri üzrə sığorta ödənişləri ilə bağlı vizual məlumat yerləşdirməyə başlayıb: «Saytdakı məlumat daim yenilənəcək və bu onu daha aktual vəziyyətdə saxlamağa imkan verəcək».

«Yeniliyin başlıca məqsədi, Azərbaycan ərazisində baş verən sığorta hadisələrinin hansı növlərdə baş verdiyi, hansı ödənişlərin ola biləcəyi barəsində əhaliyə məlumat vermək, sığortanın əhəmiyyətini istifadəçilərə vizual şəkildə çatdırmaqdır», - deyə şirkətin məlumatında bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR