Azərbaycanda 462 ədəd qanunsuz radioelektron vasitə aşkarlanıb

Azərbaycanda 462 ədəd qanunsuz radioelektron vasitə aşkarlanıb
# 13 sentyabr 2013 14:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin 8 ayı ərzində Azərbaycanda 462 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezlik İdarəsindən (DRİ) “APA-Economics”ə verilən məlumata görə, idarənin Radioelektron vasitələrin istismarına nəzarət şöbəsi (REVİNŞ) tərəfindən bu ilin 8 ayı ərzində iş planına, DRİ-yə daxil olmuş göstəriş və müraciətlərə əsasən 500 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.

Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 462 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanıb. Onlardan 236 ədədi möhürlənib, 32 ədədi istismardan çıxarılıb, 26 ədədi qeydiyyata salınıb və 168 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 46 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR