Qazaxıstanda nazir müavini rüşvət faktına görə tutulub

Qazaxıstanda nazir müavini rüşvət faktına görə tutulub
# 23 dekabr 2013 09:54 (UTC +04:00)

Bakı – APA. Dekabrın 21-də Qazaxıstanda kənd təsərrüfatı nazirinin müavini Müslüm Umiryayev saxlanılıb.

APA-nın “Tengrinews” xəbər portalına istinadən verdiyi məlumata görə, dövlət məmuru rüşvətxorluqda şübhəli bilinir. Maliyyə polisi tərəfindən saxlanılan M. Umiryayevin dövlət tenderlərinin uduşunda göstərdiyi yardıma görə naməlum sahibkardan 100 ABŞ dollar məbləğində rüşvət aldığı güman edilir, fakt üzrə cinayət işi başlanıb.

M. Umiryayev əvvəllər “Qazaxıstan Respublikasının prezident və hökumət idarəsinin inzibati binalar” müdiriyyətinə başçılıq edib, prezidentin İşlər İdarəsi müdirinin müavini, hökumət başçısının müşaviri olub. Kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə 2011-ci ildə təyin edilib, hakim “Nur Otan” partiyasının üzvüdür.

Qazaxıstan maliyyə polisinin məlumatına görə, ölkədə 2013-cü ilin doqquz ayı ərzində korrupsiyaya ilə bağlı 8 minə yaxın cinayət qeydə alınıb, respublika və vilayət səviyyəli 100 mindən artıq vəzifəli şəxs məsuliyyətə cəlb olunub.

«Transparency International» beynəlxalq təşkilatının tərtib etdiyi korrupsiyanın mənimsəmə reytinqinə görə, Qazaxıstan 177 ölkə arasında 140-cı yerdə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR