Krım parlamentinin sədri: “Krımın Ukraynanın tərkibindən çıxması məsələsi qaldırılmır”

Krım parlamentinin sədri: “Krımın Ukraynanın tərkibindən çıxması məsələsi qaldırılmır”
# 26 fevral 2014 13:57 (UTC +04:00)

Bakı – APA. Krım parlamenti muxtar respublikanın Ukraynanın tərkibindən çıxması məsələsini qaldırmır”. APA-nın Krım parlamentinin saytına istinadən verdiyi məlumata görə, bunu parlamentin sədri Vladimir Konstantinov deyib. O, bu gün keçiriləcək növbədənkənar plenar sessiyada muxtar respublikanın Ukraynadan ayrılması ilə bağlı qərar qəbul olunacağına dair yayılan xəbərləri provokasiya adlandırıb: “Bu, muxtar respublika Ali Sovetini diskreditasiya edərək onu legitimlikdən mərhum etmək məqsədi güdən təxribatdır”.

Xatırladaq ki, Krım tatarları parlamentin iclasının təxirə salınması və Ukraynanın ərazi bütövlüyünə riayət edilməsi tələbi ilə parlament binasının qarşısında aksiya keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR