Lənkəran sakini həmyerlisini bıçaqlayıb - YENİLƏNİB

Lənkəran sakini həmyerlisini bıçaqlayıb - <span style="color: red;">YENİLƏNİB
# 17 oktyabr 2013 11:47 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda bıçaqlanma hadisəsi olub. Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə ötən gecə rayonunun Aşağı Nüvədi qəsəbəsində qeydə alınıb.

Toyda yeyib-içən qəsəbə sakinləri - 40 yaşlı Nadir Söhrab oğlu Əliyev və 28 yaşlı Orxan Yaqubəli oğlu Mirzəyev arasında başlanan mübahisə sonuncunun bıçaqlanması ilə nəticələnib.

N.Əliyev üstündə gəzdirdiyi bıçaqla özündən 12 yaş kiçik olan O.Mirzəyevə bədən xəsarəti yetirib. Yaralı dərhal ətrafdakı şəxslər tərəfindən Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Həkimlərin vaxtında müdaxiləsi nəticəsində zərərçəkmişin həyatını xilas etmək mümkün olub. Hazırda onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən Nadir Əliyev isə könüllü polisə təslim olub. Onun arəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə həbs qəti-imkan tədbiri seçilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərərvurma - yəni insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR