Bakı Olimpiya stadionu gələn ilin fevralında hazır olacaq

Bakı Olimpiya stadionu gələn ilin fevralında hazır olacaq
# 21 aprel 2014 08:04 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, layihənin rəhbəri Cem İlgün hazırda görüləcək işlərin təxminən 65%-nin bitdiyini bildirib.

“Müqaviləyə əsasən, layihəni 2015-ci ilin 28 fevral tarixində yekunlaşdırmalıyıq. Lakin I Avropa Oyunları 2015-ci ilin iyun ayında başlayacağından, biz stadionu fevralın 1-də təhvil verməyi nəzərdə tutmuşuq. Həqiqətən belə bir işi yekunlaşdırmaqdan qürur duyuruq. Çünki 68 000 izləyicini qəbul edə biləcək olimpiya stadionunun 24 ayda yekunlaşması həqiqətən son dərəcə önəmli hadisədir”, - deyə layihə rəhbəri bildirib.

O, əlavə edib ki, sözügedən idman tədbiri üçün möhtəşəm açılış mərasimi hazırlanır: “Hazırda bu layihəyə 4 800 işçi cəlb olunub. Onların 2 000 nəfəri “Tekfen” şirkətinin, 2 800-ü isə “Taşeron” şirkətinin heyətidir. Hündürlüyü 60 m olan stadion 6 mərtəbəli və tam qapalı məkan olacaq. Bu günə qədər 300 000 kubmetr beton tökülüb. Layihənin sonuna qədər bunu 350 000 kubmetrə çatdırmağı planlaşdırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR