Azərbaycanda baş verən yol qəzasında 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB - SİYAHI

Azərbaycanda baş verən yol qəzasında 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO - YENİLƏNİB - SİYAHI
# 02 iyun 2014 09:18 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün Bakı-Qazax yolunun Ucar rayonunda keçən hissəsində baş verən ağır yol qəzasında Ucar rayon sakinləri Vüqar Şirinov hadisə yerində, 1978-ci il təvəllüdü İman Maqsud oğlu Məmmədov və Şamaxı rayon sakini, 1947-ci il təvəllüdlü Emin Mikayılov isə xəstəxanada dünyasını dəyişib.

Qəza nəticəsində Kürdəmir rayon sakini, 46 yaşlı Xatirə Atakişiyeva, 49 yaşlı Əfqan Atakişiyev və Ucar rayon sakini, 28 yaşlı Səbuhi Məmmədov müxtəlif xəsarətlər alaraq, xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

***

01. iyul 21.07

Ucar. Zahid Abışov - APA. Bu gün saat 20.30 radələrində Bakı-Qazax yolunun Ucar rayonundan keçən hissəsində ağır yol nəqliyyat hadisəsi olub.

APA-nın yerli bürosunun məlumatına görə, “Mercedes” markalı minik maşını ilə “VAZ -2106” markalı avtomobil toqquşub. Nəticədə bir neçə nəfər ölüb, daha bir neçə nəfər isə ağır xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya faktı təsdiqləyiblər.

Bildirilib ki, hadisə yerinə yol polis əməkdaşları gedib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR